Tsarukyan seçkilərə hansı qüvvə ilə gedir?

 Tsarukyan seçkilərə hansı qüvvə ilə gedir?
  24 Aprel 2021    Oxunub:3458
“Çiçəklənən Ermənistan” partiyası növbədənkənar parlament seçkilərində digər qüvvələrdən ayrı iştirak edəcək.
Azvision.az xəbər verir ki, bunu partiya sədri Qaqik Tsarukyan deyib.

“Biz problemləri də, onların həll yollarını da bilirik. Seçkilərə təkbaşına gedirik, qazanacağıq və proqramımızı icra edəcəyik”.

Onun sözlərinə görə, vətəndaşların “ağ” və “qara”ya bölünməsinə qarşı mübarizə aparmaq lazımdır. Hakim qüvvə ilə koalisiya yarada biləcəyi ehtimallarını şərh edən Tsarukyan bunu sadəcə qeyri-ciddi dedi-qodu adlandırıb.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti