Münhendə minalanmış ərazilərin xəritəsi tələb olundu - FOTO

Münhendə minalanmış ərazilərin xəritəsi tələb olundu -    FOTO
  24 Aprel 2021    Oxunub:3122
Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi tərəfindən Münhen şəhərində yerləşən Milli Televiziya (Bayerischer Rundfunk) və Bavariya Parlamentinin qarşısında sakit aksiya təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, aksiyada məqsəd Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların xəritəsinin verilməməsidir. Əllərində minalanmış ərazilərə, minaların zərərli təsirlərinə qarşı plakatlar tutmuş aksiya iştirakçıları Ermənistan hökumətindən minalanmış ərazilərə dair xəritələrin verilməsini tələb edib.







Azvision.az


Teqlər: Münhen   Aksiya  






Xəbər lenti