“Arxivlərimiz həqiqətləri görmək istəyənlər üçün açıqdır” - Fuad Oktay

  25 Aprel 2021    Oxunub :2641
   “Arxivlərimiz həqiqətləri görmək istəyənlər üçün açıqdır” -    Fuad Oktay
“Siyasi qisas üçün tarixin təhrif olunmasının göstəricisi olan 1915-ci il hadisələrinin Bayden tərəfdən qiymətləndirməsini rədd edirik”.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay Tvitter səhifəsində yazıb.

“Ermənilərin irəli sürdükləri əsassız iddialara əsaslanan və erməni üsyançıları tərəfindən öldürülən türklərin əzab və acılarına məhəl qoymayan bu ifadənin millətimizin və tariximizin qarşısında heç bir dəyəri yoxdur. Arxivlərimiz həqiqətləri görmək istəyənlər üçün açıqdır”, - deyə Fuad Oktay ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatında “erməni soyqırımı” ifadəsini işlətməsinə etirazını bildirib.

Azvision.az

Teqlər: Türkiyə   Bayden