ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bundan əlavə, qondarma "soyqırımı" açıqlamasının beynəlxalq hüquq baxımından hökmsüzlüyü, eləcə də türk xalqını dərindən incitdiyi və münasibətlərə zədə vurduğu qeyd olunub.
Xatırladaq ki, Co Bayden 1915-ci il hadisələrindən danışarkən "soyqırımı" sözünü işlədib. O, qondarma “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir.
Azvision.az