Amerikalı alim Baydenin “soyqırımı” bəyanatına qarşı çıxdı

Amerikalı alim Baydenin “soyqırımı” bəyanatına qarşı çıxdı
  25 Aprel 2021    Oxunub:7362
ABŞ-ın Prinston Universitetinin Rusiya, Şərqi Avropa və Avrasiya araşdırmaları şöbəsinin müdiri Mişel Reynolds prezident Cozef Baydenin qondarma "erməni soyqırımı" barədə bəyanatına münasibət bildirib.
Azvision.az xəbər verir ki, amerikalı tarixçi alim Baydenin "soyqırımı" deyərək erməni məsələsini siyasiləşdirdiyini bildirib. Onun sözlərinə görə, ən yaxşı cavab Ankaranın bu açıqlamaya məhəl qoymaması olacaq.

“Hamı bilir ki, Co Bayden bu açıqlamanı tarixə hörmət etmək üçün deyil, Ankaradan siyasi narazılığını ifadə etmək üçün verib. ABŞ Prezidenti "soyqırımı" məsələsini açıq şəkildə siyasiləşdirir və bundan istifadə edir. O, bununla ermənilərdən istifadə edərək Ankaranı hədəf alır. Hesab edirəm ki, bu addım tarixi qiymətləndirmək baxımından təəssüf doğurur və ermənilər də bunun zərərli tərəfini görəcəklər".



Reynolds 1915-ci il hadisələrinin "soyqırımı" kimi xarakterizə edilməsinə qarşı çıxıb. Amerikalı alim məsələyə yalnız türkiyəli tarixçilərin nöqtə qoya biləcəyini söyləyib. Onun fikrincə, arxiv materialları əsasında məsələyə hüquqi qiymət verilə bilər. İndiki halda Baydenin "soyqırımı" bəyanatı tarixi yozumdur.

Xatırladaq ki, Co Bayden 1915-ci il hadisələrindən danışarkən "soyqırımı" sözünü işlədib. O, qondarma “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: CozefBayden   Erməni  





Xəbər lenti