Ermənistanda COVİD-dən ölüm sayı 4018-ə çatdı

Ermənistanda COVİD-dən ölüm sayı 4018-ə çatdı
  25 Aprel 2021    Oxunub:2443
Ermənistanda son sutka ərzində 410 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 213 288 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 17 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4018-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1001 nəfərdir. Aktiv xəstələrin sayı 14189 nəfər təşkil edir.

Azvision.az


Teqlər: Ermənistan   virus  





Xəbər lenti