“Baydenin bəyanatı ABŞ-ın ticarət dövriyyəsinin azalmasına səbəb olacaq”
İqtisadçı deputat bildirib ki, Qərbin regionda əsas iqtisadi və siyasi mütəffiqlərindən hesab olunan Türkiyə ilə Birləşmiş Ştatlar münasibətlərinin daha çətin mərhələyə qədəm qoyacağı gözlənilir.
"ABŞ-ın Türkiyə ilə xarici ticarət dövriyyəsi 2019-cu ildə 26.8 milyard dollar olub. Bunun 14.2 milyard dolları Birləşmiş Ştatlardan, 12.6 milyard dolları isə Türkiyədən ixrac kimi qeydə alınıb. ABŞ ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi 791.8 milyon dollardır. Ermənistanın ABŞ ilə ticarət dövriyyəsi isə 2020-ci ildə cəmi 152 milyon dollar olub.
Göründüyü kimi, Ermənistan regionda ABŞ üçün ciddi iqtisadi və ticari tərəfdaş hesab olunmur. ABŞ-ın Ermənistan ilə ticarət dövriyyəsi Türkiyə ilə olan dövriyyəsi ilə müqayisədə 176, Azərbaycan ilə nisbətdə 5 dəfə azdır.
Bununla yanaşı, Cozef Baydenin bəyanatının ABŞ ilə Türkiyə arasındakı ticarət dövriyyəsinin və qarşılıqlı sərmayə qoyuluşlarının azalmasına səbəb olacağı gözlənilir", - deyə Vüqar Bayramov vurğulayıb.
Azvision.az