Rusiyada virusdan ölənlərin sayı 108 mini ötdü

Rusiyada virusdan ölənlərin sayı 108 mini ötdü
  25 Aprel 2021    Oxunub:2592
Rusiyada son sutka ərzində koronavirusa 8780 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 762 569 nəfərə çatıb.

Rusiyada son sutkada 332 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 108 232 nəfərdir. İndiyə qədər 4 388 008 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti