Paşinyanın istefası müxalifətdə birmənalı qarşılanmadı
"Bütün bunlarda müəyyən bir faciə və simvol var - iki il əvvəl "Vətəndaşlar günü" haqqında qanunu həvəslə qəbul etdilər və təntənəli şəkildə qeyd etdilər. Elə həmin gündə üzlərində acınacaqlı bir ifadə ilə istefa verirlər. Onu vətəndaş gətirdi, vətəndaş da "öldürür"".
Manukyan əlavə edib ki, yaxın günlərdə "Daşnaksütyun" erkən seçkilərlə bağlı mövqeyini elan edəcək.
Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan vəzifəsindən istefa verib.
"Bu gün konstitusiya müddəalarını tətbiq etmək və parlamenti buraxmaq üçün istefa verirəm. İstefanı başqa gün də edə bilərdim, amma bunu Vətəndaşlar Günündə etməyə qərar verdim. Beləliklə, vətəndaşdan alınan hakimiyyəti ona qaytarırıq ki, gələcək hökumətin taleyini seçkilər yolu ilə həll etsin",- deyə Paşinyan xalqa müraciətində vurğulayıb.
Azvision.az
Teqlər: Ermənistan seçki Paşinyan







Vaxtında, Aydın, Lazımlı!


