Ermənilərdən Gürcüstana qarşı təxribat

   Ermənilərdən Gürcüstana qarşı təxribat
  25 Aprel 2021    Oxunub:2409
Gürcüstan paytaxtı Tbilisidəki Muza Teatrında ənənəvi millətlərarası “Apolon 2021” musiqi festivalı keçirilib.
Millətlər arasında mədəni əlaqələrin inkişafı məqsədilə təşkil olunan festivalda, Azərbaycan, gürcü, erməni və digər millətlərin nümayəndələri çıxış edib, öz musiqilərini və mədəniyyətlərini təbliğ ediblər.

Azərbaycanı bu festivalda “Ceyran” rəqs qrupu və “Meydan” Aşıqlar qrupu təmsil ediblər. Azərbaycanlı balacaların “Nəlbəki” və “Naz eləmə” rəqsləri, eləcə də Nargilə Mehdiyevanın rəhbərlik etdiyi gənc aşıqların ifaları maraqla və alqışlarla qarşılanıb.

“Nəlbəki” rəqsində Nəzrin Qəmbərlinin solo çıxışı və “Naz eləmə” rəqsində isə Güllü və Turan Abdullayevlərin dueti, eləcə də digər balaca fidanların çıxışları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Onlar festivalın diplom və hədiyyələrinə layiq görülüblər.

Qeyd edək ki, hər zaman başqasının malını, mülkünü, milli mətbəx nümunələrini özününküləşdirməkdə mahir olan ermənilər bu dəfə də öz çirkin əməllərindən əl çəkməyiblər. Erməni uşaqlar səhnəyə çıxarkən iki mahnı təqdim ediblər. Aparıcı ermənilərin təqdim etdiyi “Kintauri” rəqsinin gürcülərə məxsus olduğunu bildirib. Lakin ermənilər yenə də təxribatdan əl çəkməyiblər. Hətta münsiflər heyətinin bir neçə üzvü rəqsin ayrı-ayrı elementlərinin düzgün ifa edilmədiyini bildirib. Ermənilər isə özlərini eşitməzliyə vuraraq bu iradların üstündən sükutla keçiblər. (AzərTAc)

Azvision.az


Teqlər: Gürcüstan   Təxribat  





Xəbər lenti