İranda koronavirusdan ölüm sayı 70 minə çatır

İranda koronavirusdan ölüm sayı 70 minə çatır
  25 Aprel 2021    Oxunub:2428
İranda son sutka ərzində 454 nəfər koronavirusdan vəfat edib.
Azvision.az xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 69 574 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 19 165 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma hallarının ümumi sayı 2 396 204-ə yüksəlib.

Məlumatda, həmçinin 5 206 nəfərin ağır vəziyyətdə olduğu, 1 877 517 nəfərin isə xəstəlikdən sağaldığı qeyd olunub.

Azvision.az


Teqlər: İran   virus  





Xəbər lenti