Seneqalda yeni doğulan dörd uşaq yanaraq öldü

Seneqalda yeni doğulan dörd uşaq yanaraq öldü
  25 Aprel 2021    Oxunub:2208
Seneqalın şimalında xəstəxanada baş vermiş yanğın zamanı dörd yeni doğulmuş körpə ölüb.
Azvision.az xəbər verir ki, bu barədə "France Press" agentliyi məlumat yayıb. Bildirilib ki, yanğın Linqer şəhərində yerləşən xəstəxananın doğum şöbəsində qeydə alınıb. Hadisə nəticəsində dörd körpə ölüb, iki uşağın həyatı xilas edilib.

Şəhər meri Əli Nquille Ndiay bildirib ki, yanğına xəstəxananın elektrik naqillərində qısa qapanma səbəb olub. Hadisə ilə bağlı istintaq aparılır.

Azvision.az


Teqlər: Yanğın   Seneqal  





Xəbər lenti