Doqquz il sonra "İbo Show" ilə ekranlara qayıdan məşhur müğənni İbrahim Tatlıses son verilişində göz yaşlarına boğulub.
Azvision.az xəbər verir ki, ustad sənətkar Zekeriya Ünlü ilə eyni səhnəni paylaşan Tatlıses duyğusal anlar yaşayıb. Göz yaşlarını saxlaya bilməyən müğənni "Allahım, səsimi qaytar! Qarşında diz çöküb yalvarıram, dərdi sən verdin, dərmanımı da sən ver", - deyə dualar edib. O, gözyaşları ilə sevənlərini də kövrəldib.