Koronavirusa yoluxma sayı 150 milyona yaxınlaşır

 Koronavirusa yoluxma sayı 150 milyona yaxınlaşır
  26 Aprel 2021    Oxunub:1556
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 147 milyon 801 min 556 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 122 min 712 nəfərdir. İndiyədək 125 milyon 522 min 400 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 830 806 nəfər koronavirusa yoluxub, 12 940 nəfər vəfat edib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 32 824 389 nəfər virusa yoluxub, 586 152 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 17 313 163 nəfərdə virus aşkar edilib. Xəstələrdən 195 123 nəfər həyatını itirib. Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 14 340 787 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 390 925 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 498 045 yoluxma, 102 858 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Rusiyada 4 762 569 nəfər virusa yoluxub ki, onlardan 108 232-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti