Baydenin müşavirinin Lukaşenkoya qarşı sui-qəsd planı

Baydenin müşavirinin Lukaşenkoya qarşı sui-qəsd planı
  26 Aprel 2021    Oxunub:4383
Belarusda dövlət çevrilişinin təşkilində və prezident Aleksandr Lukaşenkoya qarşı sui-qəsd hazırlığında ABŞ prezidenti Co Baydenin müşaviri Maykl Karpenter iştirak edib.

Azvision.az xəbər verir ki, bunu Belarus dövlət telekanalı "ONT" məlumat yayıb. Telekanal ABŞ hökumətinin Belarusdakı sui-qəsdlə əlaqəli ola biləcək bütün təklifləri rədd etdiyini bildirib.
"O zaman sizə rəsmi Vaşinqtonun həqiqəti harada axtarmalı olduğunu söyləyəcəyik - Vaşinqtonun özündə, Baydenin müşaviri Maykl Karpenter istəsə, sizə söyləyəcək”, - kanalda yayımlanan materialda deyilir.

Süjetdə, həmçinin sui-qəsdin iştirakçıları - hüquqşünas Yuri Zenkoviç, politoloq Aleksandr Feduta və Belarus Xalq Cəbhəsi Partiyasının lideri Qriqori Kostusev etiraflar ediblər.

Xatırladaq ki, aprelin 17-də Belarusun Federal Təhlükəsizlik Xidməti ölkədə çevriliş hazırlamış iki nəfərin saxlanması barədə məlumat yayıb. Qeyd edilib ki, mayın 9-da qələbə paradı zamanı çevriliş həyata keçirmək planlaşdırılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti