Ersin Tatar Türkiyəyə gedir

Ersin Tatar Türkiyəyə gedir
  26 Aprel 2021    Oxunub:1411
Şimali Kiprin Prezidenti Ersin Tatar bu gün Türkiyəyə işgüzar səfər edəcək.
Azvision.az xəbər verir ki, səfər Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, səfər zamanı Türkiyə ilə Şimali Kipr arasındakı münasibətlər nəzərdən keçirilərək, iş birliyinin inkişafı üçün atıla biləcək addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, 27-29 aprel tarixlərində Cenevrədə keçiriləcək "Qeyri-rəsmi 5 + Birləşmiş Millətlər Təşkilatı" da daxil olmaqla, Kipr məsələsinə dair son vəziyyət barədə fikir mübadisləsi aparılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti