Erməni jurnalist Baydeni tənqid etdi

 Erməni jurnalist Baydeni tənqid etdi
  26 Aprel 2021    Oxunub:1543
Tanınmış erməni jurnalist Nairi Hoxikyan ABŞ prezidentinin qısa şəkildə "soyqırımı” ifadəsini işlətməsindən narazılığını bildirib.
Azvision.az xəbər verir ki, o, Baydenin məsələnin üstündən üstüörtülü formada keçdiyini deyib.

"Bəyanata baxanda mətndə ermənilərin "tarixi vətənləri"ndən - "Qərbi Ermənistan"dan bəhs edilmir və Osmanlı ifadəsi iki dəfə işlənir. Sanki "erməni soyqırımı" “tarixi beşiyimizlə” heç bir əlaqəsi olmayan yerdə baş verib. Niyə bu detala diqqəti çəkirəm? Çünki ABŞ diplomatiyası "soyqırımı"nın "tarixi vətən"imizdə törədilməsi faktını görməzlikdən gəlməklə bizə bu torpaqlara iddialı olmaq fürsəti vermir. Üstəlik, mətndə Türkiyə haqqında bir kəlmə belə yoxdur. Buna görə də Türkiyədən təzminat tələb edə bilmərik”.

Hoxikyan ermənilərin eyforiyaya qapıldığını deyərək vurğulayıb ki, ABŞ prezidentinin "soyqırımı"na görə heç kimi günahlandırmaması ayrıca problemdir:

“Diqqət yetirin. Bayden “bu ifadəni günahlandırmaq üçün deyil, təkrarlanmasın deyə istifadə edirik” deyir. Məgər bu gün Türkiyə 1915-ci ildəki "soyqırımı" hadisələrini öz üzərinə götürmürmü? Cavabdeh deyilmi? ABŞ prezidentinin yanaşmasına görə xeyr, götürmür deməkdir. Bunlar insanlıq baxımından gözəl, humanist sözlərdir, lakin ədalətdən uzaqdır. Yəni təəssüf ki, bir əsr əvvəl öldürülmüsünüz, amma heç kimi günahlandırmayaq, irəli doğru gedək, övladlarımız üçün barışaq. Budur Baydenin ortaya qoyduğu ideya".

Tural Tağıyev
Azvision.az


Teqlər: Bayden   Soyqırımı   Erməni-jurnalist  





Xəbər lenti