DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan
Azvision.az -a bildirilib ki, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə rayonun Qarabağ su kanalının Qaraağacı kəndindən keçən hissəsindən elektrik cərəyanından istifadə edərək baqlıqların kütləvi məhvinə səbəb olan şəxslər saxlanılıb.
Araşdırmalarla onların Ağdam rayon sakinləri Sadiq Süleymanov və əvəllər məhkum edilmiş Vüsal Məmmədov olduğu müəyyən edilib. Həmin şəxslərin ətrafında aparılan tədbirlərlə Qaraağacı kənd sakininə məxsus iribuynuzlu heyvan oğurladıqları da aşkar olunub.
Faktlarla bağlı Bərdə RPŞ-də istintaq aparılır.
Azvision.az