İcra hakimiyyətinin binası qarşısında intihara cəhd edildi - RƏSMİ

   İcra hakimiyyətinin binası qarşısında intihara cəhd edildi -    RƏSMİ
  26 Aprel 2021    Oxunub:2055
Aprelin 24-də saat 01.30 radələrində Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında şəhər sakini E.Babayev gətirdiyi yanacağı üzərinə tökərək özünü yandırmağa cəhd göstərib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Masallı Rayon Mühafizə Bölməsi əməkdaşlarının çevikliyi və operativliyi nəticəsində cəhdin qarşısı alınıb və o, saxlanılaraq Rayon Polis Şöbəsinə təhvil verilib.

E.Babayev izahatında əmisi oğlu R.Babayevin onu təhqir etdiyi üçün intihar etməyə cəhd göstərməsini bildirib.

Araşdırmalar aparılır.

Azvision.az


Teqlər: Masallı   İcra   İntihara-cəhd  





Xəbər lenti