Birinci sinfə qəbulla bağlı hazırlıq işləri yekunlaşıb

Birinci sinfə qəbulla bağlı hazırlıq işləri yekunlaşıb
  26 Aprel 2021    Oxunub:2622
“Birinci sinfə şagird qəbulu ilə bağlı bütün hazırlıq işləri yekunlaşıb və sabahdan prosesə başlanılır”.
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Namiq Ağayev birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə bildirib.

Onun sözlərinə görə, tədrisi digər dillərdə olan bölmələr üzrə uşaqların müsahibədən keçməsi üçün müvafiq komissiyalar da yaradılıb:

“İnternet çıxışı olmayan vətəndaşlar üçün alternativ qeydiyyat mərkəzləri həm ənənəvi, həm də onlayn formada təşkil olunacaq. Tədrisi digər dildə aparılan bölmələr üzrə müsahibələr üçün lazımi tapşırıqlar verilib”.

Azvision.az




Teqlər: Birinci-sinif  





Xəbər lenti