Rus bölməsinə şagird qəbulunun vaxtı açıqlandı

 Rus bölməsinə şagird qəbulunun vaxtı açıqlandı
  26 Aprel 2021    Oxunub:3451
“Növbəti tədris ili üzrə I sinfə rus bölməsi üzrə qəbul olmaq istəyən şagirdlərin müsahibələrinə mayın 4-dən başlanılacaq və proses iyunun 14-dək davam edəcək”
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə bildirib.

Onun sözlərinə görə, rus bölməsinə qəbul olmaq istəyən şagirdlərin müsahibələrə yazılma mərhələsi aprelin 29-da başlayacaq.

O qeyd edib ki, müsahibədən kəsilən uşaqların yenidən Azərbaycan dilli məktəblərə sənəd verməsi mümkündür.

Azvision.az



Teqlər:





Xəbər lenti