Qacaran merinə yeni ittiham elan edilib

 Qacaran merinə yeni ittiham elan edilib
  26 Aprel 2021    Oxunub:2461
Ermənistanın Sünik bölgəsinin (Zəngəzur) Qacaran şəhər meri Manvel Paramazyan ona qarşı açılan cinayət işi çərçivəsində İstintaq Komitəsinə çağırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Paramazyanın vəkili Ervand Varosyan bildirib.

"Yenidən köhnə bir işin üzərinə gəliblər və niyə bizi davamlı olaraq çağırdıqlarını hələ də anlaya bilmirik", - deyən Paramazyan ittihamın 2020-ci ilin dekabrında elan edildiyini vurğulayıb. Ona qarşı insan oğurluğu ilə bağlı cinayət işi açılıb. Bu gün isə merə qarşı yeni bir ittiham irəli sürdü.

"Bu gün çağırıb ittihamları dəyişdirdilər. İndi məlum olur ki, cənab Paramazyan bir adamın qaçırılmasını təşkil edib".

Vəkil bildirib ki, Paramazyanın həbsi üçün vəsatət verilməyib, lakin bugünkü Ermənistanda heç bir şey istisna deyil.

Onun sözlərinə görə, bu, baş nazirin Sünikə (Zəngəzur) səfəri zamanı ona qarşı etirazlarla bağlıdır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Mer   Həbs  





Xəbər lenti