Rusiya İtaliya səfirliyinin əməkdaşını ölkədən çıxarır

 Rusiya İtaliya səfirliyinin əməkdaşını ölkədən çıxarır
  26 Aprel 2021    Oxunub:3411
Rusiya İtaliyanın Moskvadakı səfirliyinin əməkdaşını ölkədən çıxarır.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Rusiya XİN-in açıqlamasına görə, bu addım Romanın bənzər hərəkətinə cavab olaraq atılır.

Səfirliyin müdafiə məsələləri üzrə attaşesinin köməkçisi Kursio Paçifiçi 24 saat ərzində Rusiya ərazisini tərk etməlidir.

31 martda İtaliya Rusiya diplomatik nümayəndəliyinin iki əməkdaşını ölkədən çıxarıb. Hökumət ölkənin dəniz qüvvələri zabiti və Rusiyanın Romadakı səfirliyinin əməkdaşının casusluq ittihamı ilə saxlamışdır. İtaliya donanmasının kapitanının beş min avro müqabilində gizli sənədləri rusiyalı hərbçiyə təhvil verdiyi bildirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İtaliya   Rusiya   XİN  





Xəbər lenti