Ərdoğan Ersin Tatarla görüşdü

Ərdoğan Ersin Tatarla görüşdü
  26 Aprel 2021    Oxunub:2182
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr lideri Ersin Tatarla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Tvitter səhifəsində məlumat yerləşdirilib.

Məlumata görə, görüşdə Türkiyə ilə Şimali Kipr arasındakı münasibətlər, iş birliyinin inkişafı üçün atıla biləcək addımlar müzakirə olunub. Həmçinin, 27-29 aprel tarixlərində Cenevrədə keçiriləcək "Qeyri-rəsmi 5 + Birləşmiş Millətlər Təşkilatı" da daxil olmaqla, Kipr məsələsinə dair son vəziyyət barədə fikir mübadisləsi aparılıb.

Pərvanə Sultanopva
Azvision.az


Teqlər: ErsinTatar  





Xəbər lenti