Türkiyədə Ermənistanın müharibə cinayətləri barədə hesabat hazırlandı

 Türkiyədə Ermənistanın müharibə cinayətləri barədə hesabat hazırlandı
  26 Aprel 2021    Oxunub:3243
44 günlük Qarabağ müharibəsi zamanı Ermənistanın törətdiyi hərbi cinayətləri araşdıran insan haqları komissiyası işini başa çatdırıb və hesabat hazırlayıb.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib. Spiker bildirib ki, komissiyanın fəaliyyəti 5 aya yaxın davam edib:

"Komissiyanın hesabatında Ermənistan-Azərbaycan münaqişəsinin tarixi keçmişi analiz edilib, müharibə cinayətləri qeyd olunub. Biz müharibədə belə insan olduğumuzu unutmuruq, müharibənin də hüququnun olduğuna inanırıq.

Ermənistanın hücumu ilə başlayan və 10 noyabrda Azərbaycanın qələbəsi ilə başa çatan müharibədə Ermənistanın müharibə cinayətlərini təkrar qınayırıq, bu insanlıq cinayətlərini törədənlər ən qısa zamanda ədalət qarşısında cavab verməlidirlər".

Şentop, həmçinin deyib ki, Türkiyənin Azərbaycanın haqlı davasında olduğu kimi bundan sonra beynəlxalq platformalarda da bu ölkənin yanında olacağına heç kim şübhə etməsin.

TBMM sədrinin sözlərinə görə, Ermənistanın müharibə cinayətləri ilə bağlı hesabat dünya ictimaiyyətinin diqqətini cəlb edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MustafaŞentop  





Xəbər lenti