“Qalibiyyət: Şahidlər və Şəhidlər” kitabı təqdim olundu

“Qalibiyyət: Şahidlər və Şəhidlər” kitabı təqdim olundu
  26 Aprel 2021    Oxunub:2337
Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə nəşr edilmiş Aida Eyvazlı Göytürkün müəllifliyi ilə 2016-cı ilin aprel şəhidlərinə və qazilərinə həsr edilən , təkrar nəşr olunan “Qalibiyyət: Şahidlər və Şəhidlər” kitabının onlayn təqdimatı keçirilib.
Azvision.az xəbər verir ki, bu mövzuda kitabların yazılmasını və nəşrinə dəstək göstərilməsini yüksək qiymətləndirən xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, 2016-cı ildə qəhrəman oğullarımızın şücaəti nəticəsində ərazi bütövlüyümüzün bərpasına başlanıldı və bu, 2020-ci ildə zəfərlə nəticələndi.

Bu mövzuda kitabların yazılmasını və nəşrinə dəstək göstərilməsini yüksək qiymətləndirən xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, 2016-cı ildə qəhrəman oğullarımızın şücaəti nəticəsində ərazi bütövlüyümüzün bərpasına başlanıldı və bu, 2020-ci ildə zəfərlə nəticələndi.

Şöhrət ordenli şairə Ofelya Babayeva Azərbaycan Ordusunun müzəffər əsgərləri və qazilərininin türk dünyasının zəfər tarixini qanları ilə yazdıqlarını, vətənə şərəf gətirdiklərini söyləyib. Sumqayıt Poeziya evinin direktoru İbrahim İlyaslı şəhidlər haqqında yazılan kitabların ənənə almasının əhəmiyyətindən danışıb.

Kitabın müəllifi Aida Eyvazlı Göytürk yazdığı əsərin şəhidlərin, qazilərin, onların valideynlərinin ölkəmiz, xalqımız qarşısındakı xidmətləri qarşılığında kiçik bir iş olsa da, belə bir kitabın ərsəyə gəlməsinin onun üçün böyük şərəf və xoşbəxtliyə səbəb olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, hazırda Vətənə ikinci dəfə Qalibiyyət gətirən şəhidlərimiz və qazilərimiz haqqında kitabın üzərində işləyir.

Azvision.az

Teqlər: Şəhid   Kitab  

Xəbər lenti