Prezident zəngilanlılarla birgə “Ağıllı kənd”in təməlini qoydu - VİDEO
27 Aprel 2021
Oxunub:2858
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.
Azvision.az -ın məlumatına görə, işğaldan azad olunmuş ərazilərə səfər zamanı dövlət başçısı Zəngilanın Ağalı kəndində "Ağıllı kənd" layihəsinin təməlqoyma mərasimində iştirak edib.
Təməlqoyma mərasimində kənd sakinləri də iştirak ediblər.
Səfərdən videogörüntüləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstaqram hesabında paylaşıb.