Yoluxma sayı 794 mindən çox artdı

 Yoluxma sayı 794 mindən çox artdı
  27 Aprel 2021    Oxunub:1895
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 148 milyon 497 min 686 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 133 min 860 nəfərdir. İndiyədək 126 milyon 139 min 884 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 794 573 nəfər koronavirusa yoluxub, 12 470 nəfər vəfat edib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 32 875 045 nəfər virusa yoluxub, 586 611 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 17 636 307 nəfərdə virus aşkar edilib. Xəstələrdən 197 894 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 14 370 456 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 392 204 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 503 996 yoluxma, 103 256 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Rusiyada 4 771 372 nəfər virusa yoluxub ki, onlardan 108 588-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti