Almaniyada virusdan ölənlərin sayı 82 minə çatır

Almaniyada virusdan ölənlərin sayı 82 minə çatır
  27 Aprel 2021    Oxunub:2367
Almaniyada son bir gündə 10 976 nəfər koronavirus infeksiyasına yoluxub, 344 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 3 310 301 yoluxma halı aşkarlanıb, 81 968 mindən çox ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, Almaniyada karantin rejimi 18 aprelədək uzadılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti