ABŞ xarici təsirlərə qarşı mübarizə mərkəzi yaradır

ABŞ xarici təsirlərə qarşı mübarizə mərkəzi yaradır
  27 Aprel 2021    Oxunub:2040
ABŞ-da zərərli xarici təsirlərlə mübarizə üzrə mərkəz yaradılacaq.
Azvision.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Bildirilib ki, Mərkəz ABŞ-ın Milli Kəşfiyyat direktorunun ofisi tərəfindən yaradılacaq.

Qeyd edilib ki, yeni struktur müxtəlif dövlət qurumlarından "zərərli təsir" barədə kəşfiyyat məlumatların toplayacaq və onları qiymətləndirəcək. Mərkəzin ən qısa müddətdə yaradılması gözlənilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti