Ermənistan NATO təlimlərindən imtina etdi

 Ermənistan NATO təlimlərindən imtina etdi
  27 Aprel 2021    Oxunub:1708
Ermənistan NATO-nun planlaşdırdığı "Defender Europe 21" təliminə qatılmayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada deyilir ki, hazırda Ermənistan Silahlı Qüvvələri NATO-nun təlimlərinə qatılmaq məsələlərini nəzərdən keçirmir:

"Əvvəlcədən təqdim etdiyimiz rəsmi açıqlamalara baxmayaraq, mediadan sorğular gəlməkdə davam edir. Bu sorğulara cavab olaraq, bir daha təkrar edirik ki, Ermənistan Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrinin bölmələri NATO "Defender Europe 21" təlimlərində iştirakı məsələsinə baxılmır".

Tural Tağıyev
Azvision.az


Teqlər: NATO   Təlim  





Xəbər lenti