Ermənistanda prokurorlar arasında dava düşdü

Ermənistanda prokurorlar arasında dava düşdü
  27 Aprel 2021    Oxunub:2649
Ermənistanda yeni qalmaqal yaşanıb.
Azvision.az xəbər verir ki, "ArmLur" saytı bu günlərdə prokurorlar arasında ciddi insidentin baş verməsi barədə məlumat yayıb.

"İrəvan prokuroru Saq Ovanisyan baş prokurorun müavini Qorq Baqdasaryanı vurub. Əldə etdiyimiz məlumata görə, mübahisəyə səbəb İrəvan Prokurorluğunun əməkdaşlarından biri ilə bağlı problem olub.

İrəvanın keçmiş prokuroru olan Baqdasaryan baş prokuror Artur Davtyana yaxın adam hesab olunur. Məlum hadisəyə Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsindən münasibət öyrənmək istədik. Cavab olaraq bildirildi ki, bu uydurulmuş xəbərdir, yalan məlumatlar şərh edilə bilməz", - deyə xəbərdə bildirilib.

Qeyd edək ki, Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları arasında tez-tez belə insidentlər baş verir.

Tural Tağıyev
Azvision.az


Teqlər: İrəvan   Prokuror  





Xəbər lenti