24 aprel gerçəkləri: 106 il əvvəl nə baş vermişdi? - VİDEOMÜSAHİBƏ

    24 aprel gerçəkləri: 106 il əvvəl nə baş vermişdi? -   VİDEOMÜSAHİBƏ
  27 Aprel 2021    Oxunub:13711
ABŞ prezidenti Co Bayden 1915-ci il hadisələri ilə bağlı 24 aprel bəyanatında qondarma "erməni soyqırımı" ifadəsini işlətdi. Bununla da Birləşmiş Ştatların lideri tarixi saxtakarlığa yol verərək, ermənilərin uydurduğu, heç bir əsası olmayan "soyqırım" yalanlarına şərik oldu.
ABŞ-ın əvvəlki liderləri Osmanlı ərazisində baş vermiş hadisələri sadəcə "faciə" adlandırırdısa, erməni lobbisinin girovuna çevrilmiş Bayden həddini aşaraq məlum olayları "erməni soyqırımı" kimi təqdim etdi.

Bəs, əslində 106 il əvvəl Osmanlı imperiyasında nələr baş vermişdi? Tarixi gerçəklik niyə gizlədilir? Erməniləri türklərə qarşı kimlər silahlandırırdı? Hələ də hansı faktlar barədə məlumatsızıq?

AMEA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Cəbi Bəhramov Azvision.az -a müsahibəsində bu və digər suallarımızı cavablandırıb.

Erməni yalanlarını növbəti dəfə ifşa edən tarixçinin müsahibəsini videoformatda təqdim edirik:



Müxbir: Bəxtiyar Məmmədov
Video: Əhməd Xəlilov

Azvision.az


Teqlər: Tarix   Soyqırım  





Xəbər lenti