Erməni generalı müharibəyə görə həbs gözləyir

 Erməni generalı müharibəyə görə həbs gözləyir
  27 Aprel 2021    Oxunub:3281
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-leytenant Andranik Makaryana ittiham elan olunub.
Azvision.az xəbər verir ki, erməni general Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü bəndi ilə - xidmətə səhlənkar münasibətdə ittiham olunur.

Bu maddə ilə nəzərdə tutulmuş əməllər hərbi vəziyyət, müharibə və ya döyüş zamanı törədildikdə, dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən edilir. Onun barəsində yaşayış yerini tərk etməməklə bağlı tədbir seçilib.

İstintaq davam edir.

Məlumata görə, general ötən il Qarabağ müharibəsində 60 hərbçinin itkin düşməsində günahkar bilinir. Baş Qərargah rəisinin müavininə ittiham hələ mart ayında elan edilmişdi. O, İstintaq Komitəsi tərəfindən dindirilən zaman yerin təyinatında səhvə yol verdiliyini, lakin əmr vermək məcburiyyətində qaldığını deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AndranikMakaryan  





Xəbər lenti