Gürcüstan parlamentinə yeni spiker seçildi

 Gürcüstan parlamentinə yeni spiker seçildi
  27 Aprel 2021    Oxunub:2173
Gürcüstan parlamentinin vitse-spikeri Kaxa Kuçava səs çoxluğu ilə qanunverici orqanının sədri vəzifəsinə seçilib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-lər məlumat yayıb.

Qeyd edilib ki, onun namizədliyini 86 deputat dəstəkləyib, altı nəfər əleyhinə çıxıb.

24 apreldə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze istefa qərarına gəldiyini elan edib.
Bundan sonra hakim “Gürcü arzusu” partiyası Kuçavanı bu vəzifəyə namizəd göstərdi.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: KaxaKuçava   Gürcüstan  





Xəbər lenti