Avropa parlamentinin yunan deputatı həbs edildi

 Avropa parlamentinin yunan deputatı həbs edildi
  27 Aprel 2021    Oxunub:2349
Brüsseldə İnterpol xətti ilə axtarışda olan Avropa parlamentinin Yunanıstandan olan deputatı İoannis Laqos həbs edilib.
Azvision.az xəbər verir ki, bu barədə “ERT News” məlumat yayıb.

Qeyd edilib ki, bundan əvvəl onun deputat toxunulmazlığı ləğv edilib. Həbs olunan Laqos Yunanıstana göndəriləcək.

O, həmçinin sağçı “Qızıl Şəfəq” partiyasının liderlərindən biridir.

2020-ci ilin oktyabrında Yunanıstan məhkəməsi “Qızıl Şəfəq”in altı liderini 13 il həbs cəzasına məhkum edib. Təşkilatın fəaliyyəti ilə bağlı istintaq 2013-cü ildə musiqiçi, anti-faşizimlə bağlı ifaları olan Pavlos Fissasın öldürülməsindən sonra başlayıb. Məhkəmə 2020-ci ilin oktyabrında partiyanı cinayət təşkilatı elan edib.

Bundan sonra Laqos Yunanıstanı tərk edərək Brüsselə gedib. Onun həbsi üçün Avropa parlamenti deputat toxnulmazlığından məhrum etməli idi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İoannisLaqos   Deputat   Həbs  





Xəbər lenti