Dünyada COVID-19-la bağlı son vəziyyət

Dünyada COVID-19-la bağlı son vəziyyət
  28 Aprel 2021    Oxunub:1974
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 149 milyon 349 min 138 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 148 min 934 nəfərdir. İndiyədək 127 milyon 20 min 98 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 32 927 091 nəfər virusa yoluxub, 587 384 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 17 997 267 nəfərdə virus aşkar edilib. Xəstələrdən 201 187 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 14 446 541 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 395 324 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 534 313 yoluxma, 103 603 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Rusiyada 4 779 425 nəfər virusa yoluxub ki, onlardan 108 980-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti