Blinken Rusiya ilə dialoqun şərtini açıqladı

 Blinken Rusiya ilə dialoqun şərtini açıqladı
  28 Aprel 2021    Oxunub:1643
Moskva tərəfindən eskalasiyaya yol verilməyəcəyi təqdirdə, ABŞ və Rusiya arasında strateji sabitlik də daxil olmaqla, bir sıra məsələlərdə danışıqlar mümkündür.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken "CNN"ə bildirib.

"Prezident Co Bayden açıq şəkildə dedi ki, Rusiya təcavüzkar və ehtiyatsız hərəkətlər edərsə, cavab verəcəyik. O, həmçinin dedi ki, biz daha sabit, proqnozlaşdırıla bilən münasibətə üstünlük verəcəyik, amma bu son nəticədə cənab Putindən asılı olacaq”, - Blinken söyləyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: EntoniBlinken  





Xəbər lenti