Britaniya ştammı artıq 139 ölkədə yayılıb

Britaniya ştammı artıq 139 ölkədə yayılıb
  28 Aprel 2021    Oxunub:1435
Əvvəlcə Böyük Britaniyada aşkarlanan və daha yüksək yoluxuculuq qabiliyyəti olan VOC 202012/01 koronavirusu son bir həftə ərzində daha üç ölkədə aşkar edilib və belə ölkələrin ümumi sayı 139-a çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd olunub ki, virusun müxtəlif variantları barədə məlumat verən ölkələrin sayı artmaqda davam edib. VOC 202012/01 koronavirusundan başqa, ilk dəfə Cənubi Afrikada aşkar olunmuş 501Y.V2 ştammının coğrafiyası da genişlənərək 87 ölkəyə çatıb. Əvvəlcə Braziliya və Yaponiyada təsbit edilən P.1 ştammı 54 ölkədə dolaşmaqdadır.

ÜST-nin məlumatına görə, koronavirusun VOC-202012/01 variasiyası Britaniyada keçən ilin sentyabrında ortaya çıxıb. Cənubi Afrikada 501Y.V2 ştammı avqustun əvvəlindən, Braziliya və Yaponiyada isə P.1 ştammı dekabr ayından bəri mövcuddur.

Azvision.az



Teqlər: Virus   Ştamm  





Xəbər lenti