Ermənistanda virusdan ölənlərin sayı 4071-ə çatıb

Ermənistanda virusdan ölənlərin sayı 4071-ə çatıb
  28 Aprel 2021    Oxunub:1393
Ermənistanda son sutka ərzində 808 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 214 872 nəfərə çatıb. Ermənistanda koronavirusdan bir gündə 13 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4071-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1008 nəfərdir. Aktiv xəstələrin sayı 13 503 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti