Rusiya Hindistana tibbi yardım göndərir

Rusiya Hindistana tibbi yardım göndərir
  28 Aprel 2021    Oxunub:2696
Rusiya koronavirusla mübarizə məqsədilə yaxın günlərdə Hindistana böyük həcmdə tibbi yardım göndərəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiya Federasiyası rəhbərliyi Hindistanla dostluq və xüsusilə strateji tərəfdaşlıq ruhunda bu ölkəyə koronavirus infeksiyası hallarının kəskin artması ilə əlaqədar olaraq böyük həcmdə yardım göndərmək barədə qərar qəbul edib. Yardım Rusiya Fövqəladə Hallar Nazirliyinin təcili reysi ilə çatdırılacaq, oksigen konsentratları, süni tənəffüs aparatları, koronavirus əleyhinə dərmanlar və digər zəruri tibbi vasitələrdən ibarət olacaq", - məlumatda deyilir.

Son sutkada Hindistanda koronavirusa 323,1 min yoluxma qeydə alınıb, ölkədə ümumi xəstələrin sayı 17,6 milyon nəfərə çatıb. Bir gündə 2,7 min olmaqla, virusdan ölənlərin sayı 197,8 min nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Hindistan  





Xəbər lenti