Avropa Parlamenti Britaniya ilə müqaviləni təsdiqlədi

Avropa Parlamenti Britaniya ilə müqaviləni təsdiqlədi
  28 Aprel 2021    Oxunub:1390
Avropa Parlamenti Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında ticarət və əməkdaşlıq müqaviləsini təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə Avropa Parlamenti məlumat yayıb.

Qeyd edilib ki, müqaviləni 660 deputat dəstəkləyib, beş nəfər əleyhinə çıxıb. Sənəd yekun olaraq qüvvəyə minməsi üçün Aİ ölkələri tərəfindən razılaşdırılmalıdır.

Böyük Britaniya bu il yanvarın 1-də Aİ-ni tərk edib. Ticarət və əməkdaşlıq müqaviləsi keçid dövrünün bitməsindən sonra ölkə ilə qurum arasında ticarət əlaqələrini müəyyənləşdirmək üçün nəzərdə tutulub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avropaİttifaqı   Britaniya  





Xəbər lenti