Rusiyanın Krımdan sonrakı hədəfi Moldovadır
Bu açıqlama ilə deputat Roman Hudyakov öz Feysbuk səhifəsində çıxış edib.
O, Rusiya Dövlət Duması və Xarici İşlər Nazirliyindən bu rejimin müstəqilliyinin tanınmasını istəyib. XİN müavini Q.B Karasinə müraciətində Ukraynanı misal göstərən deputat Rusiyanın Dnesteryanını qorumalı olduğunu deyib.
“ Təklif edirəm ki, Ukraynada hadisələrin inkişafını nəzərə alıb bənzər ssenarinin Moldovada təkrarlanmasına yol verməyəsiniz. Hər şeydən əvvəl, söhbət 200 min Rusiya vətəndaşının yaşadığı Dnestryanıdan gedir. 2006-cı ildə keçirilən referendumda Dnestryanı Moldova Respublikasının 97% vətəndaşı Rusiyanın tərkibində müstəqilliyin tərəfdarı olduğunu bəyan ediblər. Bu gün isə onlar rumın yönlü Moldova hökumətinin hərbi ilhaqına məruz qala bilərlər.
Yaranmış vəziyyətin ağırlığını və təhlükənin böyüklüyünü, eləcə də Dnestryanı xalqının istəyini nəzərə alaraq Dnestraynının müstəqilliyinin tanınmasını və daha sonra Rusiya Federeasiyasını qoşulması məsələsini bir daha gözdən keçirməyinizi xahiş edirəm”.
Qeyd edək ki, Roman Hudyakov LDPR partiyasının üzvüdür. O, Jrinovskiyə yaxın olan sima kimi tanınır.
Səbinə Həsənova