Zərif izahat üçün İran parlamentinə çağırıldı

Zərif izahat üçün İran parlamentinə çağırıldı
  28 Aprel 2021    Oxunub:1433
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkənin xarici siyasəti ilə bağlı apardığı danışıqların mediaya sızması ilə əlaqədar parlamentə çağırılıb.
Azvision.az xəbər verir ki, bunu “Tasnim” agentliyinə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəsmi nümayəndəsi Abolfazl Amuyi deyib.

Onun Zərifə məktubunda komitənin növbəti iclasında səsyazısı ilə bağlı vəziyyəti izah etmək üçün qanunverici orqana gəlməsi istənilib.

27 apreldə İran Xarici İşlər Nazirliyi Zərifin bir sıra KİV-lər tərəfindən yayımlanan Rusiya ilə nüvə razılaşmasına dair danışıqlar barədə söhbətini şərh edib. Söhbətdə XİN rəhbəri general Qasım Süleymaninin ölkənin xarici siyasətində və Moskva ilə danışıqlarda mühüm rol oynadığını ifadə edib.

Daha sonra nazir səsyazısının yayılmasının daxili qarşıdurmaya çevrildiyini bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: MəhəmmədCavadZərif  





Xəbər lenti