Ermənilər Xocavənddə 12 təbiət abidəsini məhv edib

Ermənilər Xocavənddə 12 təbiət abidəsini məhv edib
  28 Aprel 2021    Oxunub:1984
Xocavənd rayonu biomüxtəlifliyin çoxçeşidliliyi baxımından Qarabağın ən maraqlı bölgələrindəndir. İşğal dövrünədək rayonda meşə fondunun ümumi sahəsi 22428 hektar təşkil etmiş və bunun 20403 hektarı meşə ilə örtülü olub.
Azvision.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov media nümayəndələri Füzuli və Xocavənd rayonlarına səfərə yola düşərkən məlumat verib.

Nazir müavini qeyd edib ki, peyk təsvirlərinə əsasən işğal dövründə 3537,4 hektar meşə sahəsinin məhv edildiyi müəyyən edilib.

Qeyd edilib ki, işğala qədərki dövürdə rayon ərazisində təbiət abidəsi statusuna malik 12 ədəd qədim ağac ( 7 ədəd şərq çinarı, 5 ədəd Azatağacı), 2 ədəd geoloji və paleontoloji abidə (Azıx və Tağlar mağaraları və xüsusi qiymətli Azatağacı meşə sahəsi olub.

Hadrut qəsəbəsinin 15 kilometrliyində yerləşən Azıx geoloji paleontoloji abidəsi 1960-cı ildə kəşf edilib və 1982-ci ildə təbiət abidəsi kimi qeydə alınıb.

Azvision.az


Teqlər: Xocavənd   Ermənistan  





Xəbər lenti