Novruz Qartal: “Nəvələrim başıma oyun açırlar”

 Novruz Qartal:  “Nəvələrim başıma oyun açırlar”
  28 Aprel 2021    Oxunub:6516
“Məni bir ilə yaxındır ki, insult vurub. Canım ağrıyır. Gecələr yata bilmirəm”.
Bunu Azvision.az -a Əməkdar artist Novruz Qartal deyib. Aktyor pandemiya ilə əlaqədar evdən nadir hallarda çıxdığını bildirib.

“Pandemiyaya görə heç yerə gedə bilmirəm. Hamı öz evinə sığınıb. Getdiyim yeganə yer teatrdır. Ora yalnız məşqə gedirəm. Adətən məşqlərimiz onlayn formatda keçirilir. Mənim evdə kompüterim yoxdur, yeni texnologiyadan başım çıxmır, ofisə getməyə məcbur oluram. Maşınla aparıb gətirirlər. Arada tək gəzib, havamı dəyişirəm.

Həmişə sakit adam olmuşam. Bu xəstəlik niyə başıma gəldi, bilmirəm. Soyuqlamışdım. Müalicə olunurdum. Sistemlərdən sonra vəziyyətim yaxşı idi. Yuxudan duranda sağ qolumun işləmədiyini gördüm, danışa bilmirdim, kəkələyirdim. Nə baş verdiyini anlamadım. Həkimlər sağ olsunlar, məni sağaltdılar. İndi yaxşıyam, amma sağ qolumda ağrılar var, gecələr yata bilmirəm. Yoldaşım da insult keçirib, onun şəkəri var.

Həkim xəstəliyimizlə bağlı peyvənd olunmağa icazə vermir. Amma icazə verilən kimi vaksin vurduracağam. Böyük nəvəm 10 yaşındadır. Balaca nəvələr başıma oyun açırlar (gülür). Təqaüdümü alanda onları da görüm-baxım edirəm”, - deyə Novruz Qartal vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: NovruzQartal  





Xəbər lenti