Rusiyada COVİD-dən ölənlərin sayı 109 mini keçdi

Rusiyada COVİD-dən ölənlərin sayı 109 mini keçdi
  28 Aprel 2021    Oxunub:1731
Rusiyada son sutka ərzində koronavirusa 7848 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 787 273 nəfərə çatıb.

Rusiyada son sutkada 387 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 109 367 nəfərdir. İndiyə qədər 4 411 098 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   Rusiya  





Xəbər lenti