Rus ordusunun təlimi başa çatdı
Rusiya Müdafiə naziri Sergey Şoyqu qəfil hərbi təlimlərin keçirilməsinə 150 min əsgər və zabitin, 90 döyüş təyyarəsinin, 880-dən artıq tankın, 1200-dən artıq digər döyüş texnikasının və 80-nə qədər gəminin cəlb olunduğunu bildirmişdi.
Xatırladaq ki, fevralın 26-da Putin Mərkəzi və Qərbi Hərbi Dairələrdə qəfil hərbi təlimlərin keçirilməsi barədə əmr vermişdi. Ukrayna ilə sərhəddə yaxın keçirilən təlimlər ordudakı çatışmazlıqları müəyyən etmək üçün keçirilirdi.
Vüqar İsmayılov