Zelenski Putinlə Vatikanda görüşmək istəyir

 Zelenski Putinlə Vatikanda görüşmək istəyir
  28 Aprel 2021    Oxunub:2341
Ukrayna Prezidenti Vladimir Zelenski Vatikanın Rusiya lideri Vladimir Putinlə görüşmək üçün ən yaxşı yer olacağını hesab edir.
Azvision.az xəbər verir ki, bu barədə Zelenski “La Repubblica”ya müsahibəsində deyib.

“Müqəddəs Taxt-Tac Donbas məsələsində dialoq üçün ideal yer ola bilər”, - deyən Zelenski Rusiya Prezidenti ilə görüşün mütləq şəkildə baş tutacağını düşünür.

"Bu, Donbasdakı müharibəni dayandırmaq və sülh prosesini başa çatdırmaq üçün vacibdir”, - Ukrayna Prezidenti bildirb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Zelenski   Putin  





Xəbər lenti