Gürcüstan Rusiyanın göndərdiyi hərbi yükü Ermənistana buraxmadı

Gürcüstan Rusiyanın göndərdiyi hərbi yükü Ermənistana buraxmadı
  28 Aprel 2021    Oxunub:3561
Gürcüstan Rusiyadan humanitar yardım adı altında göndərilən hərbi yükü Ermənistana buraxmayıb.
Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.

Qeyd edilib ki, gömrükdə saxlanılan iki yük avtomobilində güllə keçirməyən gödəkçələr aşkarlanıb.

Məlumata görə, yük maşınları martın 5-də Moskvadan yola salınıb, martın 28-də gürcü sərhədçilər onların hərəkətini dayandırıb və sənədləri alınıb. Avtomobillər bir aya yaxındır ki, Rusiya-Gürcüstan sərhədindəki nəzarət-buraxılış məntəqəsi yaxınlığında neytral zonada saxlanılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Humanitaryük  





Xəbər lenti